“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.
Axşam.az xəbər verir ki, o, tədbirlə bağlı "X" səhifəsində paylaşım edib.
Paylaşımda kosmos sahəsində əldə etdiyi uğurlara görə IAF-nin Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə bağlı fotolar yer alıb.