Ön sıralarda Perunun Lima şəhəridir
Səyahətlər agentliyi “Lonely Planet” dünya üzrə ən yaxşı yemək və içkilər təqdim edən şəhərlərinin adlarını açıqlayıb. Və səyahət həvəskarlarına bu şəhərlərə səfər etməyi məsləhət görüb. Siyahıda həm Asiya, həm də Avropa ölkələri var. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ön sıralarda Perunun Lima şəhəridir. Agentlik bu şəhərdə qonaqlar müxtəlif dəniz məhsulları və Peru mətbəxinin ləzzətli təamları ilə tanış ola bilər. İtaliyanın Umbria şəhəri isə Aralıq dənizi mətbəxi ilə məşhurdur. Umbria İtaliyanın ən ləzzətli yeməklər təqdim edilən şəhərlərindən biridir. Yaponiyanın Fukuoka şəhəri də, həmçinin dünyaca məşhur “Hakata Rameni” restoranlar şəbəkəsinə sahibdir. Bu restoranlarda dəniz məhsullarından hazırlanan nəfis yeməklər təklif edilir. Malayziyanın paytaxtı Kuala-Lampur isə ləzzətli çərəzləri, küçə (ayaqüstü) yeməkləri və gecə həyatıyla məşhurdur. Uruqvayın Montevideo şəhəri də siyahıdadır. Bu şəhərdə səyahətçilərə indiyədək dadmadıqları ləzzətlər təklif olunacaq. Cənubi Afrika da dünya mətbəxlərinin bir araya gətirildiyi yerdir. Burada fərqli ölkələr və fərqli mədəniyyətlərin nümunələri olan yeməklər hazırlanır.