3 min illik qılınc tapıldı
Yusif Nəzərli
17:47 20.06.2023
Relaks
1160
Tunc dövrünə aid qılınc bürüncdəndir və parlaqlığını hələ də itirməyib
Almaniyanın Bavyera əyalətində arxeoloqlar Donau-Ries bölgəsində apardıqları qazıntılar zamanı tunc dövrünə aid, 3 min il yaşı olduğu təxmin edilən qılınc aşkarlayıb. Qılıncın çox yaxşı vəziyyətdə qalması arxeoloqları heyrətləndirib.
“Sherg.az” “”NTV.com.tr”yə istinadən xəbər verir ki, bu tapıntı barədə Bavyera Əyalət Tarixi Qoruma Dairəsi açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, arxeoloqlar Nördlingen şəhəri ətrafında apardıqları qazıntılar zamanı bu nadir tapıntıya imza atılb. Tunc dövrünə aid qılınc bürüncdəndir və parlaqlığını hələ də itirməyib. Qılıncın qəbzəsi səkkizguşəlidir və miladdan öncə 14-cü yüzilliyə aid edilir. Arxeoloqlar bu qılıncı bir kişi, bir qadın və gəncin sıra ilə dəfn edildiyi və onlarla yanaşı daha bir neçə əşyanın da basdırıldığı məzardan tapıblar. Eyni məzara dəfn edilmiş cəsədlərin bir ailəyə mənsub olub-olmadığı hələ dəqiqləşməyib. Baxmayaraq ki, qılıncın üzərində zərbə izlərinə rast gəlinmir, arxeoloqlar ondan həqiqi silah kimi istifadə edildiyinə əmindirlər. Bavyera Sənət Əsərlərinin Qorunması üzrə məsul şəxs professor Maçias Pfeil bildirib ki, arxeoloqların bu tapıntısı böyük uğurdur. Professor bildirib ki, “belə tapıntılara nadir hallarda rast gəlinir. Necə olub ki, qılınc parlaqlığını hələ də itirməyib? Bu barədə ciddi araşdırma aparmaq lazımdır”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Hörmüz boğazının dərhal açılması demək deyil! - İran
01:10 12.10.2026
Region
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
23:59 11.10.2026
Aktual
Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi
23:45 11.10.2026
İdman
Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı
23:03 11.10.2026
Region
Gəncədə ata 36 yaşlı oğlunu qətlə yetirməkdıə şübhəli bilinir
22:45 11.10.2026
Hadisə
Murad Boz Bakıya gəldi: Kimin toyunda iştirak edəcək?
21:47 11.10.2026
Şou
Polşada Baş naziri öldürməklə hədələyən şəxs saxlanılıb
21:30 11.10.2026
Dünya
İran: ABŞ-nin danışıqlar üçün cavabı yetərli deyil
20:54 11.10.2026
Gündəm
Roma Papası əməliyyat olunacaq
20:18 11.10.2026
Dünya
Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs elan etdi
19:42 11.10.2026
Son dəqiqə
Sabah bu ərazilərdə işıq olmayacaq
19:10 11.10.2026
Cəmiyyət
Pezeşkian: Düşmən bizi diz çökdürə bilməz
18:53 11.10.2026
Region
WSJ: Tramp-Zelenski münasibətləri yenidən gərginləşib
18:36 11.10.2026
Dünya
Sabahın havası bu insanlar üçün əlverişlidir
18:04 11.10.2026
Sağlamlıq
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
17:47 11.10.2026
Dünya