Dünyanın ən nadir pulu...- 18,9 milyona satılıb
Məlahət Rzayeva
12:02 11.06.2021
Relaks
733
Nyu-Yorkda keçirilən açıq hərracda dünyanın ən nadir pullarından biri – 1933-cü ildə basılmış “Double Eagle” – “Qoşa Qartal” nişanlı mədən pulu 20 dollar dəyərində olsa da 18,9 milyon dollara satılıb. “Şərq” “independent” (Türkçə) istinadən bildirir ki, bu mədən pulu ABŞ prezidenti Franklin Ruzvelt zamanında basılıb, lakin heç bir zaman dövriyyəyə daxil edilməyib. Lakin kəşfiyyat əlində bu pul vahidi olanların ardınca düşüb. Pul vahidinin bir üzündə məşhur “Azadlıq” heykəli, digər üzündə isə qanadları açılmış vəziyyətdə qartal əks olunub. Basılan pullar yalnız dövlət rəsmilərinə verilibmiş. Sonrasa onlardan geri alınaraq əridilibmiş. Hərrac təşkilatçıları elan edib ki, bu pullardan çox az sayda salamat qalanı var. ABŞ kəşfiyyat idarəsi 1944-cü ildə bildirib ki, kimdə bu pullardan aşkarlansa, oğurluq hesab ediləcək. Həmçinin hərracda vaxtilə Böyük Britaniyanın müstəmləkəsi olmuş Qayanada basılmış poçt pulu da satışa çıxarılıb. Bu pulun özəlliyi isə budur ki, B.Britaniya Qayanada poçt xidməti zamanı istifadə ediləcək pulların yalnız İngiltərədə basılacağını elan edib, lakin 1855-ci ildə yaşanan bir əskiklik səbəbindən yerli mətbəədə pul basılıb. Hərraca çıxarılan bu poçt pulu əldə olan yeganə nümunədir. Həmin pul da hərracda 8,3 milyon dollara satılıb. 4,9 milyon dollara satılan 1918-ci il tarixli ABŞ poçt pulu da “qüsurlu”dur. Pulun ön üzündəki təyyarə mətbəə xətası nəticəsində tərs görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə