Ən populyar “iPhone” açıqlanıb
01:56 13.06.2021
Relaks
543
"iPhone 11" modelinin əsas versiyası "Apple" şirkətinin dünyada ən populyar smartfonu olub. Bu barədə müvafiq məlumatlar "Counterpoint Research" tədqiqat şirkətinin saytında dərc edilib.
Sherg.az ictnews.az-a istinadən bildirir ki, "iPhone" smartfonlarının populyarlığının qiymətləndirilməsi üçün ekspertlər tədarük və ya satış həcmini deyil, qurğuların quraşdırılmış baza məlumatlarını əsas götürüblər. Mütəxəssislərin sözlərinə görə, bu informasiya dövriyyədə olan qurğular haqqında faktiki sayı bildirir. 2021-ci ilin birinci rübünə olan vəziyyətə görə, "iPhone 11" modeli "Apple" şirkətinin ən populyar smartfonu seçilib. İkinci və üçüncü pillələrdə müvafiq olaraq "iPhone XR" və "iPhone 8" qərarlaşıb. İlk beşliyi ötən payızda təqdim edilən "iPhone 7" tamamlayıb.
Şirkət, həmçinin "Apple" smartfonlarının məhsul seriyasına olan tələbatı müəyyənləşdirib. İlin birinci rübünə olan məlumata görə, 25 faizlik paya sahib çıxan "iPhone 11" seriyası liderdir. İkinci mövqedə 16 faiz payla "iPhone 12" seriyası yer alıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə o zaman aktual olan "iPhone 11" seriyasının payı 15 faiz, "iPhone Xs/XR" seriyasının isə 21 faiz təşkil edib. Analitiklər qeyd edib ki, aktual seriyalı qurğular "iPhone 12" smartfonlarının buraxılışının bir ay gecikməsinə baxmayaraq "iPhone 11" seriyalı modellərdən daha yaxşı satılır.
Statistika qabaqcıl modellərin (adda "Pro" və ya "Max" postfiksli) və qurğuların əsas versiyalarının (iPhone 11, 12 və 12 mini) nisbətini nümayiş etdirib. Məlum olub ki, 2020-ci ilin əvvəlində bahalı modellərin payı 44 faiz olduğu halda bir il sonra qabaqcıl qurğuların payı artıb. Belə ki, "iPhone 12 Pro" və "12 Pro Max" smartfonlarının payı 54 faiz təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə