Pişiklər bir-birinin, hətta sahibinin adını bilir
Yusif Nəzərli
21:20 20.04.2022
Relaks
1427
Yaponiya universitetində maraqlı tədqiqat işi aparılıb
Yaponiyanın Kyoto Universitetində pişiklərlə bağlı maraqlı bilgilər əldə edilib. Universitetdə pişiklərin davranışları üzərində tədqiqat aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, bir evdə 1-dən artıq, 2 və ya 3 pişik bəslənirsə, pişiklər bir-birinin, eyni zamanda sahiblərinin də adını bilir. Bu barədə “NTV.com.tr”də məlumat verilir.
Qeyd olunur ki, tədqiqat 48 pişik üzərində aparılıb. Pişiklər barədə adətən “eqoist” kəlməsi istifadə edilir, pişiklərin yalnız özünü sevən, öz mənfəətini güdən heyvan olduğu deyilir. Tədqiqat isə bunun əksini təsdiq edib. Araşdırmaçılar evlərdə və kafelərdəki bir neçə pişiyin davranışlarını müşahidə edib. Hər pişiyə sahibinin başqa bir pişiyin adını çağırdığı səs yazısı dinlədilib, sonra da o pişiyin fotosu göstərilib. Evdə bəslənən 19 pişik sahiblərinin başqa bir pişiyin adını çağırdıqda və o pişiyin fotosunu göstərdikdə başını yana çevirib. Başqa pişik adı çəkəndə isə gözləriylə fotolarda o pişiyi axtarıb. Tədqiqatçılar bu nəticəyə gəlib ki, pişiklər öz adlarını bildiyi kimi, bir-birilərinin və sahiblərinin də adını bilir. Elm adamları bunu rəqabətlə əlaqələndirir. Bir pişik sahibi onun adını çağırdıqda yemək ala biləcək duyğusuyla ona yaxınlaşır, lakin başqa pişiyin adı çəkilirsə, “məni çağırmırlar”, duyğusuyla yerindən tərpənmir. Pişiklər yemək zamanı adlarının çağırılmasına az reaksiya verir, tox olduqda isə daha tez reaksiya verirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə