Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Efiopiyada səfərdə olub
Yusif Nəzərli
19:15 16.01.2025
Siyasət
383
15-16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Efiopiya Federativ Demokratik Respublikasında səfərdə olub.
Sherg.az xəbər verir ki, səfər zamanı Yalçın Rəfiyev Efiopiya Federativ Demokratik Respublikasının Nazirlər Kabineti Ofisinin başçısı Alem Tsehay Paulos, xarici işlər naziri Gedion Timotheos, ticarət və regional inteqrasiya naziri Kassahun Qofe, kənd təsərrüfatı naziri Girme Amente, eləcə də Efiopiya İnvestisiya Komissiyası və Efiopiya İnvestisiya Holdinqinin rəhbərləri ilə görüş keçirib, ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.
Keçirilmiş görüşlər zamanı, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Taye Atske Selassie-nin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbulu zamanı aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb.
Həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib, müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis edilməsi razılaşdırılıb. Qarşılıqlı ticarət missiyaların və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib. Efiopiyada vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN xidmət" konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv işin davam etdiyi məmnunluqla ifadə edilib.
Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Efiopiya tərəfindən isə xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO, Azərbaycan İnvestisiya Holdinqi və SOCAR nümayəndələri daxil olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya