Qaz yağı tam bir şəfa mənbəyidir. “Sherg.az”ın məlumatına görə, bir çox xəstəliyin müalicəsində istifadə olunan qaz yağı müalicə məqsədilə daha çox yeməklərdə istifadə olunur.
Qaz yağının ən yaxşı bilinən faydası soyuq qış aylarında bədənə enerji təmin etməsidir. Onda vitaminlərin və bəzi mineralların olması sayəsində immunitet sistemi güclənir. Xüsusilə kilo almaq istəyən insanlar və uşaqlar üçün faydası daha çoxdur. O həm çox kalorilidir, həm də bol miqdarda proteinlə zəngindir. Bu səbəbdən mütəmadi olaraq istifadə zamanı çəki artırmağa köməklik edir. Qaz yağının faydalarından sonuncusu revmatik xəstəliklərlə əlaqədardır. Bunun üçün ağrılı yerlər daim qaz yağı ilə sürtülməlidir. Bu proses masaj tətbiq olunaraq mütəmadi olaraq davam edərsə, zaman keçdikcə ağrı azalacaq.
Qaz Yağının Faydaları