“Yeganə dərman tövsiyəsi vitamin D, C, sink və selendir”
“Çünki insanların bu virusa yoluxacağı təqdirdə bu vitaminlərin çatışmazlığı xəstəliyin daha ağır keçirilməsinə səbəb ola bilər”
“İnsanlar özlərinin və ətrafdakıların sağlamlığına səhlənkarcasına yanaşır, çox təhlükəli virusdan qorunmaq üçün məlum qaydalara ciddi əməl etmirlər”.
Bu sözləri həkim Nərminə Rəfiyeva deyib. Həkimin sözlərinə görə, insanları koronavirusdan qoruyacaq, onların immunitetini fantastika nəticəsində bir anda qaldıracaq heç bir dərman hələlik tibbə məlum deyil:
“İnsanlar bilməlidirlər ki, koronavirusdan qorunmaq üçün yalnız ara məsafəsi gözləməli, maska taxmalı və əllərini sabunla yumamış üzünə toxundurmamalıdır.
Həmçinin həkim məsləhəti olmadan profilaktik antibiotik içmək düzgün deyil.
Yeganə dərman tövsiyəsi vitamin D, C, sink və selendir. Çünki insanların bu virusa yoluxacağı təqdirdə bu vitaminlərin çatışmazlığı xəstəliyin daha ağır keçirilməsinə səbəb ola bilər”.