Limon suyu minbir dərdin dərmanıdır - Bunları et, faydasını gör 

Yeməklərdə olan vitaminlər və minerallar sayəsində bədənimiz tarazlığını qoruyur. Bir çox insan xəstə olduqda müxtəlif qidalardan istifadə edir. Bu qidalar arasında süfrəmizdən əskik olmayan limon var. Limonun tərkibi C vitamini, fosfor, B vitamini, zülal və karbohidratla zəngindir. Arıqlamğa da kömək edən limonun çoxlu sayda faydaları mövcuddur.

“Sherg.az” türk mediasında istinadən limon və limon suyunun inanılmaz faydalarını açıqlayır.
“Trthaber.com”un məlumatına görə, limon suyu sadəcə kilo itkisini dəstəkləyən qida kimi izah edilə bilməz. Limon suyunun faydaları arasında böyrək daşı və qaraciyərə də yaxşı təsirləri gözardı edilə bilməz.

1.Boğaz ağrısı

İsti limonlu su içmək boğaz ağrısı və faringiti aradan qaldırmağa kömək edir.

2.Kalori qəbulunu azaldır

Limon suyu yüksək şəkərli şirə və içkilərə yaxşı alternativdir. Xüsusilə şəkərli diabet xəstələri və arıqlamaq istəyən insanlar üçün yaxşı bir içkidir.

3.Böyrək daşı

Limon suyu eyni zamanda böyrək daşının qarşısını alır. Normalda böyrək daşı bədəndən çox narahatlığa səbəb olmadan çıxarılır. Ancaq bəzən sidik axınının qarşısını alır və güclü bir ağrıya səbəb olur. Lakin limonlu su içmək böyrək daşı əmələ gəlməsi riskini azaldır.

4.Sağlam qaraciyər üçün faydalıdır

Limon suyu içmək qaraciyərdə həzm fermentlərini aktivləşdirməyə kömək edir. Eyni zamanda qan laxtalanmasına mane olur.

5.Qəbizliyin qarşısını alır

Hər səhər ilıq limonlu su içməklə qəbizlikdən qurtula bilərsiniz

6. İmmunitet sistemini gücləndirir

Limon suyu immunitet sistemini gücləndirməyə kömək edən C vitamini və bitki mənşəli qidadır. Ayrıca tərkibindəki vacib vitaminlər və minerallar sayəsində bədəndəki enerji səviyyəsini artırmağa kömək edir.

7.Xərçəng riskini azaldır

Tədqiqatlar limonun şiş əleyhinə xüsusiyyətləri ilə xərçəng riskini azaltmağa kömək etdiyini göstərir.

8.Revmatizma

Yeməkdən əvvəl və yaxud yatmazdan öncə limonlu su içmək revmatizmdən qurtulmağa kömək edir.

9.Diş sağlığı

Limonlu su içmək diş ətinin şişməsi ilə əlaqəli ağrıları aradan qaldırmağa kömək edir.

10.Bədəni zəhərli maddələrdən təmizləyir

Limon suyu qandakı toksinləri azaldaraq bütün bədəni təmizləməyə kömək edir.