Avstriyada koronavirus əleyhinə peyvənd olanların 40-dan çoxu dünyasını dəyişib.
Bu barədə “Sherg.az” “Rambler.ru” ya istinadən xəbər verir. Bildirilir ki, informasiyanı Federal Sağlamlıq Təhlükəsizliyi İdarəsi yayıb.
Məlumata görə, dekabrın 27-dən fevralın 26-dək vaksinləşən insanlardan 41-də ölüm faktı qeydə alınıb. Peyvənd vurulanların bəzilərində isə əks-təsirlər müşahidə olunmaqdadır.
Yayılan hesabatda ölənlərin orta yaşının 86 olduğu və onlardan çoxunun əvvəllər ciddi xəstəliklər keçirdiyi yazılıb.