Bu qidalar bədəndə xoşbəxtlik hormonlarını artırır

Koronavirus epidemiyası insanların evdə daha çox vaxt keçirməsinə səbəb oldu. Belə olan halda bir çox insan qidaya “sığındı”. Lakin sağlamlıq üçün düzgün qidalanma mühüm şərtdir. Bəzi qidaların içindəki maddələr sayəsində insana xoşbəxtlik verdiyi ortaya çıxıb. Müxtəlif elmi araşdırmalar nəticəsində bəlli olub ki, bu qidaları istifadə edənlərin bədənlərində xoşbəxtlik hormonlar çoxalır.
İdmanla məşğul olmaq, keyfiyyətli protein qəbul etmək və düzgün qidalanmaqla serotonin, yəni xoşbəxtlik hormonunun səviyyəsini artırmaq mümkündür.

“Sherg.az” “Sabah.com”a istinadən insana xoşbəxtlik gətirən qidaları açıqlayır:

Pomidor

Pomidorda olan likopen adlanan antioksidant nevroloji qoruma təmin edir. Zeytun yağı ilə istifadə edilməsi tövsiyə olunur, çünki yağ likopenin sorulmasını artırır. Revmatizm üçün faydalıdır, yaşlanmanı gecikdirir, dəriyə təravət verir. Eyni zamanda xoşbəxtlik hormonunu artırır.

Qara şokolad

Qara şokolad beyində qan axını gücləndirir, insanı enerjili edir və xoşbəxtlik verir. Şokoladda çox miqdarda mis var. Mis bədənin dəmiri qəbul etməsinə kömək edir. Bu da dəri, damarlar və toxumalar üçün faydalıdır.

Kakos

Tərkibindəki trigliseridlər sayəsində həm xoşbəxtlik verir, həm də qan axını tənzimləyir. Lakin eyni şey kakos südü üçün keçərli deyil

Çiyələk

C vitamini və müxtəlif minerallarla zəngin olan çiyələk xoşbəxtlik hormonunun artmasında önəmli rol oynayır. Mövsüm ərzində gündə 6-8 çiyələk istifadə edə bilərsiniz.

Bal

Normal şəkərdən qat-qat üstün şəkər mənbəyi olan bal, tərkibindəki kimyəvi maddələrlə depressiyanın qarşısını alır. Bundan əlavə şəkər kimi bədəndə yağ əmələ gətirmir və damarlara təsir göstərmir. Çox yaxşı bir enerji mənbəyidir. Bədənə və gözlərə güc verir. Əsəbləri sakitləşdirir və rahatlaşdırır.

Banan

Meyvələr arasında ən çox serotonin ifrazatı banandır. Kalium və B vitaminləri sayəsində enerji də verir. 1 ədəd bananla gününüzü daha xoşbəxt keçirə bilərsiniz.

Yumurta

Tərkibində sink, B vitaminləri, yod, omeqa-3, yağ turşuları və zülal olan yumurta enerji mənbəyi olmaqla yanaşı qarnınızı tox tutur. Ona görə də səhər yeməyində yumurta istifadə edilməsi məsləhət görülür.