Bir müddətdir tanınmış gitara ifaçısı Rafiq Hüseynov ( Rəmiş) “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.
Musiqiçinin həyat yoldaşı Güllü xanım “Sherg.az”a onun son sağlıq durumu haqqında məlumat verib:
“Müalicəsi davam edir. Ona görə bir söz deyə bilmirəm. Güclü dava-dərman edirlər. Hamının nəzarəti Rəmişin üzərindədir. Allah Ali Baş Komandanımız İlham Əliyevi və Mehriban xanımı qorusun. Həkimlərimizə də təşəkkür edirəm”.