Koronavirus peyvəndi olunan yaşlılar bədəndəki ağrıların itdiyini deyib - Alimlər şokda


Koronavirus vaksini olunmuş yaşlı və xroniki xəstəliyi olan insanlar peyvənddən sonra köhnə, onları illərlə narahat edən ağrılarının, xüsisilə oynaq, bel, diz ağrılarının azaldığını, itdiyini bildirib.

Alimlər vaksinin bəzi xroniki ağrılar, Alsgeymer xəstəlikləri, hətta xərçənglə mübarizədə effektiv ola biləcəyini açıqlayıb.

Çünki vaksin immun sistemi sanki oyadır, məşq etdirir və immun sistem özü köhnə xəstəlikləri də aradan qaldıra bilir.

72 yaşlı Britaniya sakini Coan Ueykfild 6 ay idi ki, diz oynağındakı infeksiya və iltihab səbəbindən yeriyə bilmirdi. Dəhşətli ağrılar keçirirdi.

Fevral ayında qadına koronavirus peyvəndi vurulub.

Elə sabahı gün qadın ağrılarının itdiyini bildirib:

"Səhər oyandığımda həminki ağrı yox idi, əvvəllər ayağımı qatlaya bilmirdim. İndi isə ağrı getdi, dizim sanki yenidən canlandı, özüm corabımı və ayaqqabını geyə bilirəm. Zarafatla ərimə dedim ki, peyvənd deyəsən ayağıma təsir edib".

Çox güman ki, qəribə səslənsə də bir güclü virus əleyhinə hazırlanmış vaksin hansısa formada digər xəstəliklərə də təsir edir və ümumilikdə sağlamlığa müsbət təsir edir. /medicina.az