Bəzi qidaların, xüsusən də meyvələrin zərərsiz olduğunu düşünsək də, onların tərkibindəki şəkərin miqdarı bilinmir. Meyvələrin tərkibində şəkər var, amma şəkəri olduqca yüksək olan meyvələrdən də istifadə edirik. Marketlərdə etiketlərini oxumadan aldığımız bir çox qidanın tərkibində nə qədər şəkər olduğuna inanmayacaqsınız. Bəs, hansı qidaların içində şəkərin səviyyəsi yüksəkdir?
“Sherg.az” türk mediasına istinadən diqqətlə istifadə edilməli və şəkəri çox olan 7 təhlükəli qidanın adını açıqlayır:
Konservləşdirilmiş tərəvəzlər
Lobya, pomidor və noxud kimi konservləşdirilmiş qidaların etiketlərini oxuduğunuzda, içərisindəki şəkər miqdarına təəccüblənəcəyinizə əminik. Bu qidalara şəkər əlavə etməyin səbəbi, əlbətdə ki, ləzzətini artırmaqdır.
Pəhriz qəlyanaltıları
Bazarda pəhriz məhsulları kimi təqdim olunan və sağlam qidalanmaya diqqət yetirən istehlakçılara müraciət edən saysız-hesabsız qidalar var. Ancaq təəssüf ki, yağsız və pəhriz dostu olaraq satılan bu qidaların əksəriyyətinə çox miqdarda şəkər əlavə olunur.
Çörəklər
Təəccüblüdür ki, ağ və qara çörək kimi bir çox çörək növünə də şəkər əlavə edilir. Təəssüf ki, baqqal rəflərində daha sağlam görünən bəzi qablaşdırılmış çörəklər gizli şəkərlərlə dolmuş ola bilər. Buna görə də, gizlədilmiş şəkərləri bədəninizə ötürmək istəmirsinizsə, qablaşdırılan çörəklərin etiketini oxuya və şəkərsiz olanları seçə bilərsiniz. Ya da çörəyinizi etibar etdiyiniz bir çörək sexindən ala, hətta özünüz evdə hazırlaya bilərsiniz.
Meyvəli yoqurtlar
Hazır meyvəli qatıqların dadını artırmaq üçün demək olar ki, onların hamısına şəkər əlavə olunur. Bu səbəbdən hazır yoqurtlar almaq əvəzinə adi qatığa darçın və meyvələr əlavə edərək ləzzətli edə bilərsiniz.
Müxtəlif souslar
Yeməklərimizi, salatlarımızı və şorbalarımızı şirinləşdirən bir çox sous növlərində də yüksək miqdarda şəkər ola bilər. İçindəki şəkəri özünüzdən uzaq tutmaq istəyirsinizsə, bu sousları və ədviyyatları özünüz hazırlaya bilərsiniz.