Pomidor və tomat sousu kişilərdə prostat xərçəngi riskini azaldır


Bəzi qida növləri xərçəngə qarşı mübarizədə faydalı ərzaq məhsulu kimi tanınır. Görən, onlar doğrudanmı panaseyadır?

Brokoli: xırtıldayan tərəvəzlərdə olduğu kimi digər kələm növlərinin tərkibində də qlükozinolatlar var. Heyvan və hüceyrələr üzərində aparılan təcrübələrdə xardal yağının şiş hüceyrələrinin böyüməsinə maneçilik törətməsi müşahidə olunub. “Məsələn, baş kələm prostat və ağciyər xərçənginə təsir edir”, - deyə Münhen Onkologiya Mərkəzinin rəhbəri Folkmar Nüsssler təsdiqləyir.

Bu barədə azərtac “MedikForum” saytına istinadla bəyan edib.

Pomidor: paslanın prostat xərçəngi riskini azaltdığı bildirilir. Çoxlu pomidor və ya tomat sousu yeyən kişilərdə bu şişin yaranma ehtimalı pomidor yeməkdən imtina edənlərə nisbətdə 20 faiz aşağıdır. Bunu Amerikalı tədqiqatçıların 2018-ci il üzrə metaanalizi sübut edir.

Zəncəfil: zəncəfilin iltihab əleyhinə inqrediyenti xüsusilə laboratoriya işlərində xərçəng hüceyrələrinə inhibitor təsir göstərir. “Bu təsir yoğun bağırsaq, süd vəzisi, prostat, mədəaltı vəzi və ağ ciyər də daxil olmaqla müxtəlif karsinomlarda sübut edilmişdir”, - deyə Folkmar Nüsler bildirib.

Tədqiqatçılar xərçəng əleyhinə eyni gücdə olan molekulları pomidor, zəncəfil, yaşıl çay, qaragilə, sarımsaq və sitrus meyvələrində də aşkarlayıblar. Ancaq bu cür nəticələrə baxmayaraq, ekspertlər xərçəngdən qorunmağa gəldikdə ehtimal olunan super qidalara diqqət yetirməməyi məsləhət görürlər.

Buna görə də onkoloqlar çəkini azaltmağı, siqareti və alkoqollu içkiləri buraxmağı, düzgün qidalanmağı məsləhət görürlər. Yağ və şəkər çöküntüləri degenerasiya olunmuş hüceyrələrin böyüməsini sürətləndirirlər. Əgər siz boşqabınızı xırtıldayan salatlar, paxlalı tərəvəzlərlə doldursanız, mədənizdə zərərli qidalar üçün daha az yer qalacaq.