Avstriyanın Sağlamlıq Təhlükəsizlik Federal İdarəsi koronavirus əleyhinə peyvəndləmədən sonra yaşanan iki bədbəxt hadisə barədə məlumat yayıb. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir. Bildirilir ki, vaksin olunan qadınlardan biri dünyasını dəyişib, digərində isə ağciyər emboliyası meydana çıxıb. Müvafiq qurumlar bu hadisələrin peyvəndlə əlaqəsi olub-olmadığını araşdırırlar. Lakin Federal Təhlükəsizlik İdarəsinin sözlərinə görə, AstraZenaca şirkətinə məxsus və həmin partiyadan olan vaksinlərdən daha istifadə edilməyəcək.
Qeyd edək ki, Avtriyada indiyədək peyvəndləmədən sonra 41 ölüm hadisəsi qeydə alınıb.