Bu günə qədər Naftalan şəhərində 1000-dən artıq şəxs vaksinasiya prosesindən keçib.
Trend-in məlumatına görə, bu barədə Naftalan şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi İlahə Hüseynova deyib. Onun sözlərinə görə, tibb işçilərinin ikinci doza vaksinasiya prosesi də artıq yekunlaşıb:
"Vaksinasiya üçün gətirilən 1120 peyvənddən artıq 1000-dən çoxu istifadə olunub. Hazırda 65 və 50 yaşdan yuxarı şəxslərin vaksinasiyası apraılır. Bunun üçün xəstəxanada 2 peyvənd otağı ayrılıb. Bu günə kimi vaksinasiyadan keçən şəxslərin heç birində mənfi təsir müşahidə olunmayıb".