Metabolizmanızı sürətləndirərək arıqlayın! – Təbii üsullar 


Bir çox insan arıqlamağın yollarını araşdırır. Lakin arıqlamağın ən vacib amili metabolizmanın (maddələr mübadiləsi ) sürətli olmasıdır. Metabolizmimizi sürətləndirərək daha asan arıqlamaq mümkündür.

Metabolizma bədəninizin qidanı enerjiyə çevirmə sistemidir. Bu sistem uşaqlıq və yeniyetməlikdə sürətli işləyir. 20-40 yaş arasında maddələr mübadiləsi sabit bir sürətə çatır. Ancaq 40 yaşından sonra metabolik nisbətimiz hər il yüzdə 3-5 faiz azalır və yaşla hərəkətimiz məhdudlaşmağa başlayır, yediklərimiz enerji olaraq istifadə olunmur, yağa çevrilir və yığılır.

“Sherg.az” “Sabah.com”a istinadən maddələr mübadiləsini sürətləndirməyin yollarını açıqlayır:

Yuxunuzu alın

Normal metabolizmanın işləməsi üçün ortalama 7-8 saat davam edən nizamlı, yaxşı alınmış və fasiləsiz yuxu vacibdir. Az, qeyri-kafi və keyfiyyətsiz yuxu yatan şəxslərin maddələr mübadiləsi yavaşlayır.

Ciddi pəhriz etməyin

Son 10 ildə zərərli pəhriz reseptlərinə rast gəlirik. Unutmayın, nə qədər arıqladığınız yox, necə arıqladığınız metabolizmanın sağlamlığı üçün çox vacibdir. Maddələr mübadiləsinin düzgün işləməsi üçün kifayət qədər yemək lazımdır.

2 litr su içmək

Gün ərzində mütəmadi olaraq su içmək maddələr mübadiləsinin yavaşlamasının qarşısını alır. Hər gün su içmədiyinizdə bədəndə yağ yanması azalır və kilo atmaq çətinləşir.

Ədviyyatlardan vaz keçməyin

Üyüdülmüş qara bibər və zəncəfil tozu maddələr mübadiləsini qısa müddətə sürətləndirir. Bundan əlavə, xardal metabolik dərəcəni artıran bir qidadır.

Qəhvə içməyi dayandırmayın

Təbii kofein maddələr mübadiləsini sürətləndirir. Yaşıl çay kimi qəhvə də bədəndə yağ yanmasına müsbət təsir göstərir.