Yaponiyada 396 nəfərin koronavirus xəstəliyinin daha əvvəl heç rast gəlinməmiş növünə yoluxduğu bildirilir.
Keçici Xəstəliklər Milli İnstitutu bu barədə məlumat verib. Yeni növ koronavirusa yoluxma hallarına paytaxt Tokionun olduğu Kanton ərazisində rast gəlinib. Qurum hazırlanan vaksinin yeni növ koronavirusa təsir etməyəcəyindən narahatdır. Rəsmilərin fikrincə, bu virus Yaponiyaya kənar bir yerdən gəlib. Amma hələ də dəqiq məlumat yoxdur.