İnsan yaşlaşdıqda, sağlamlığını saxlamaq üçün az qida qəbul etməli, lakin qəbul etdiyi qidada coxlu qidalı maddələr olmalıdır. Sağlamlığı qorumaq üçün düzgün qidalanmaya əməl etmək lazımdır.
“Sherg.az” xarici mediaya istinadən düzgün qidalanmaq istəyənlər üçün əhəmiyyətli qida məhsullarını diqqətə çatdırır.
“The Daily Mirror” qəzeti faydalı ərzaqın siyahısını dərc edib.
1. Toyuq yumurtası
Toyuq yumurtası haqqında çox vaxt pis fikir söyləyirlər, lakin onlar gözləri kataraktadan qoruyan zülal lüteyinin mənbəyidirlər. Tədqiqatlar güman etməyə əsas verir ki, onlar tromb əmələ gəlməsinin qarşısını alaraq, infarkt və insult riskini azaldırlar.
2. Süd
Yaşlaşdıqca kalsiyə təlabatımız artır, ona görə də gündəlik rasionumuza kalsi ilə zəngin ərzaqların daxil edilməsi vacibdir. Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır. O, osteoparozun profilaktikası və sümüklər üçün lazım olan kalsi ilə zəngindir. Hər gün 2 stəkan yağsız süd vəya qatıq için və kalsi ilə zəngin meyvələri rasionunuza daxil edin.
3. İspanaq
Bu ərzaqda qidalı maddələr istənilən digər ərzaqlara nisbətən coxdur. O dəmir, vitamin A, C, K mənbəyidir, həmçinin infarkt və insultdan qorunmağa kömək edən antioksidantlarla zəngindir. Ispanaq düz bağırsağın xərçəngindən, osteoparozdan və artritdən müdafiə edir.
4. Banan
Bananlar ürək-damar xəstəliklərinin qarşısını alan liflərlə zəngindir, turşuluğu neytrallaşdırır ki, bu da mədə qıcqırmasının müalicəsində faydalıdır.
5. Toyuq əti
Bu, ən faydalı ətdir. Yağı az olan döş ətindən istifadə edin və dərisini soyun. Bundan başqa toyuq əti zulallarla zəngindir və sümüklərin kütləsinin azalmasının qarşısını alır. O, həmçinin xərçəngin qarşısını alan selenin və enerjini yüksəldən, beyinin işini gücləndirən B vitaminləri mənbəyidir.
6. Qaragilə
Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar vardır ki, kataraktanın, qlaukomanın, venaların genişlənməsinin, babasilin, mədə yarasının, ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını almağa kömək edir
7. Sarımsaq
Kiçik bir baş sarımsağın çox böyük üstünlükləri var. Sarımsaq xərçəngin və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir, insult riskini azaldır. O, həmçinin iltihab əleyhinə təsirə malik olub, artritlərdə ağrı və şişin azalmasına kömək edir.