Bir müddətdir ki, məktəblər əyani təhsil formasına keçid edib. Lakin son günlər orta təhsil müəssisələrindən şad xəbərlər eşitmirik. Elə mart ayının 10-da paytaxtda iki məktəb koronavirusa görə bağlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 274 nömrəli tam orta məktəbdə çalışan dörd nəfər müəllimin COVID-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bakı şəhər 320 nömrəli tam orta məktəbdə eyni səbəbdən fəaliyyətini dayandırıb. Bunlarla yanaşı Şəki şəhərində də iki məktəb koronavirusa görə distan təhsilə keçib.
Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbində də dərslərin distant formada keçirilməsi qərara alınıb.
Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a mövzu ilə bağlı bunların söyləyib:
“Məktəblərin açılması ürəkaçan oldu.
Təhsil də lazımdır, aylarla bağlı qala bilməzdi. Hamımız istərdik ki, qapanmalar uzun müddət davam etməsin, xüsusilə də təhsil sahəsində qadağalar çox qalmasın.
Amma məktəblər də kütləvi toplantı yerləridir. Son bir ayda yoluxanların sayı artıb. Ona görə əlavə tədbirlər görülməlidir. Ona yaxın məktəb və bağçanın bağlanması bir siqnaldır.
Qarşısını almaq üçün tədbirlər həyata keçiriləcək”.