"Üçüncü dalğa birinci və ikinci dalğadan daha təhlükəli olacaq. Hətta gün ərzində yoluxma sayı 100 minə çata bilər".
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya İnfeksion Xəstəliklər İnstitutun professoru Lothar Vieler deyib. Professor insanları mütləq şəkildə evdə qalmağa dəvət edib:
"Üçüncü dalğa digər dalğalarda son dərəcədə daha təhlükəlidir. Xüsusilə də sürətli yayılma tempinə görə. İnsanlar son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Növbəti dalğada çox itkilərə sahib olacağımız qaçılmazdır. Çox təəssüf edirəm ki, bu barədə artıq dəqiq məlumatlar əldə etməkdəyik".