Hazırda virusa yoluxmayan insanların azı 20%-i son yarım ildə özləri də bilmədən koronavirusu keçirib. Bunu peyvənddən öncə antitel analizi verib, qanlarında koronaya qarşı anticisim olduğunu görən insanların çoxluğu göstərir. Lakin çox insan bundan xəbərsizdir. Ona görə bəzi insanlar antitel analizi verdikdə, onlarda virusu keçirdikləri üzə çıxır.
Sherg.az Medicina.az xəbər verir ki, Oksford Universitetinin alimləri bəzi əlamətlərə əsasən insanın koronavirus keçirdiyini bilməyin mümkün olduğunu açıqlayıb. Belə ki, sonradan antitel analizinin nəticəsi müsbət çıxan assipmtomatik xəstələr aşağıdakı simptomları keçirdiklərini, lakin bunun koronadan olduğunu bilmədiklərini etiraf edib.
Siz də bu simptomlara əsasən, koronavirus keçirib-keçirmədiyinizi təxmin edə bilərsinz.
- Qarında ağrı, sancı
Koronavirusun əsas simptomlarından biri. Daha çox virus mədə ilə həzm yollarına düşdükdə, öskürəksiz olur. Eləcə də ağciyərlərin aşağı payı iltihablaşanda qarın, mədə hissədə ağrı olur.
- Bir neçə gün ishal
Səbəbsiz və kəsilməyən diareya, ishal gözlənilmədən insanı yaxalayır. Qidalanması normal olsa da, xəstə koronadan şübhələnməsə də, bir neçə gün bununla mübarizə aparır.
- Gözlərdə irin, qızarma, konyuktivit
Gözlər ayrıca, müstəqil olaraq koronavirusa yoluxub, iltihablaşa bilər. Elə bilməyin ki, gözünüzə nəsə düşüb, ya çirk edib. Bu, sadəcə koronavirus ola bilər və bununla da bitər.
- Ağız dadının dəyişməsi
Ağızda dadın tam itməsi birbaşa simptom olsa da, ağızda qəribə tam yaranması və yeməklərdən zövq almama da koronavirusun oyunu ola bilər. Buna da fikir vermirlər.
- Səbəbsiz yorğunluq, halsızlıq
Əgər bir neçə gün və ya bir həftə səbəbsiz yorğunluq, halsızlıq, bədəndə süstlük hiss edib, heç bir test verməmisinizsə, qızdırma olmadan sonradan düzəlmisinizsə, bu da gizli keçirilmiş koronavirusun əlaməti ola bilər.
Sizdə bu sadalananlardan bir və ya bir neçə əlamət yaxın bir neçə ayda baş veribsə, koronavirus barədə düşünməyə və ürəyinizdən keçərsə, son nöqtəni qoymaq üçün bir antitel analizi verməyə dəyər. Ola bilər ki, analizin cavabı sizi heyrətləndirsin!