Virus silahını dəyişdi: Artıq hər kəs səfərbərlik varmış kimi davranmalıdır

Son dəqiqə gələn xəbərlərə görə, Türk Reanimasiya Dərnəyi başçısı Prof. Dr. İsmayıl Cinel xəbərdarlıq edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İsmayıl Cinel "Bu son dalğa heç birisinə bənzəmir. Gənc xəstələri "vurur", daha çox can almağa gəlir. Virus silahını dəyişdirdi. Uşaq xəstələrimiz də artır. Reanimasiyalar həyəcan verir. Lütfən hər kəs artıq bir addım geri dayansın, səfərbərlik varmış kimi qaydalara riayət etsin. 15 gündür qırmızı həyəcan zəngləri çalınır" deyə bildirib.

Türkiyə, epidemiyanın başladığı 13 aydan bu yana, hadisə və ağır xəstə sayında ən yüksək həddə çatıb. Yoluxma sayının 62 min 606, ağır xəstə sayının isə 3 min 240-a çatdığı bu həftə etibarilə artıq hər kəs qaydalara ciddi riayət etməlidir.
Türk Reanimasiya Dərnəyi başçısı Prof. Dr. İsmayıl Cinel, artıq  daha gənc yaşda xəstələrin itirildiyini və reanimasiyadakıların da ağır bir dönəmdən keçdiyini vurğulayıb.

Turan