Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1923 nəfər müalicə olunaraq sağalıb, 2 min 144 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 300 min 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 264 min 403 nəfər müalicə olunaraq sağalıb, 4 min 140 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 123 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 108 min 924 test aparılıb. Bugünkü test sayı isə 12 min 184-dür.