Qardaş Türkiyədə pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişməkdədir.
22 aprelə olan koronavius tablosunda uzun müddətdən sonar müsbət dəyişiklik hamını sevindirir. Türkiyədə koronavirusdan sağalanların sayı 3 milyon 909 min 935-ə yüksəlib. Yoluxma sayındakı azalma da – 54 min 791 gözdən yayınmayıb. Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca aprelin əvvəlində iyun-iyul ayları üçün müsbət proqnoz vermişdi. Nazir aparılan peyvəndlənmə kampaniyasının nəticəsi olaraq iyun ayından etibarən yoluxma sayında azalma olacağını bildrimişdi. Nazir qapanmaların yumşaldılmasından da bundan asılı olacağına diqqət çəkmişdi.