Rusiya prezidenti Vladimir Putin koronavirusa qarşı bədənində antikor (immunoqlobin) əmələ gəldiyini bəyan edib.
Soçidə media nümayəndələrinə açıqlama verən V.Putin “peyvənd sayəsində orqanizmimdə koronavirusa qarşı antikor yaranıb” söyləyib. Daha sonra V.Putin Rusiyanın peyvənd istehsalında böyük uğur əldə etdiyini, peyvəndləmə proqramında ölkə üzrə müsbət nəticələr əldə edildiyini deyib. Rusiya prezidenti hamını qaydalara riayət etməyə çağırıb: “qapalı yerlərdə maska taxmaqdan imtina etməyin. Bu yolla pandemiyada müsbət nəticə əldə edə biləcəyik. Buna şübhəm yoxdur”.