Koronavirusa dünyada milyonlarla insan yoluxub. Xəstəliyin yeni mutasiyaları arasında yer alan "Delta Plus" Rusiyada da təsirini artırıb. Rusiyalı alimlər mutasiya üzərində apardıqları araşdırmadan görüntüləri paylaşıblar.
"Sherg.az" "Hüriyyət"ə istinadən xəbər verir ki, "EpiVacCorona" peyvəndini hazırlayan Dövlət Virusologiya və Biotexnologiyalar Araşdırma Mərkəzi (Vektor) elektron mikroskopiyadan istifadə edərək "Delta Plus" mutasiyasının görüntüsünü çəkib.
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) "Delta Plus"ın fotoşəkillərini dərc edərək, virusun Afrika yaşıl meymununun böyrəyinin epitel hüceyrə kulturasına süni şəkildə yerləşdirildiyini bildirib.
İlk dəfə Hindistanda peyda olan "Delta Plus" ötən ilin iyununda Rusiyada aşkarlanıb.