Farel balığı xeyirli olduğu qədər ziyanlıdır da 

Bəzi qidalar orqanizm üçün əsl vitamin qaynağıdır. Bu qidalar sırasında dəniz məhsullarının xüsusi yer var. Xüsusən də okean balıqları, somon balığı, farel kimi növlər Omeqa-3, protein baxımından çox zəngindir. Buna görə də mütəxəssislər qida rasionunda balığa üstünlük verilməsini çox tövsiyə edir. Lakin balıqdan hazırlanan qidalarla bağlı həm də çox diqqətli olmaq lazımdır. Məsələn, hədsiz ləzzətli olan somon balığı (farel) qanın duruluğunu artıra bilər, bu isə orqanizmə  ziyanlıdır. “Şərq” CNN Türk-ə istinadən bildirir ki, somon balığı protein və Omega-3 yağı qaynağıdır. 

Bununla yanaşı, tərkibindəki zəngin protein və Omega-3 yağları səbəbindən bəzi insanlara problem yarada bilər. Çünki Omega-3 yağı və protein bolluğu qanı durulducu xüsusiyətlərə də malikdirlər. Qanı qatı olmayan insanlar bu balığa çox da meyl etməməlidir. Həmçinin araşdırmalar zamanı məlum olub ki, mütəmadi somon balığı yemək qanda civənin də miqdarını artırır, nəticədə qanın zəhərlənməsi baş verir. Mütəxəssislər balıq alarkən diqqət ediləcək məqamları açıqlayır. Təhlükənin minimal olmasını isyərisinizsə, çay və ya kiçik dənizlərin balıqlarına üstünlük verilməlidir. Şünki balıq nə qədər böyüksə, təhlükəsi də bir o qədər böyük olacaq. Balıq həcmcə böyükdürsə, deməli, uzunömürlüdür. Uzunömürlü olmaqsa, balıqda zəhərli maddələrin daha çox toplanması deməkdir. Dənizlərdə, okeanlarda külli  miqdarda zəhərli maddələr, o cümlədən civə vardır ki, dəniz canlılarında, dəniz məhsullarında toplanır.  Balıqlar da onlarla qidalanır. Və həmin zəhəri qəbul etmiş olurlar. Ona görə də böyük ölçülü və  çəkili balıqlardan uzaq durmaq məsləhətdir.