Müğənni Xatirə İslam plastik əməliyyatdan sonra görüntüsünü paylaşıb.
"Sherg.az"ın məlumatına görə, müğənni fotosunu "İnstagram" səhifəsində izləyiciləri ilə bölüşüb:
"Əziz dostlar, əməlliyatım çox uğurla nəticələndi. Üzərimdə zəhməti, əziyyəti məsuliyyəti olan həkimimə dönə-dönə təşəkkür edirəm. Allah sizdən razı olsun, nə qədər gözəl insansınız? Mən bu həkimin hamıya eyni dərəcədə yanaşmasını sevib, ona uyğun qərar vermişəm. Tezliklə doktorun əl işini paylaşacağam".
Qeyd edək ki, zənətçi bədənşəkilləndirmə üçün bıçaq altına yatıb və artıq çəkidən xilas olub. O, plastik cərrah Siruz Qoçxaniyə müraciət edib. Bu onun ikinci bədənşəkilləndirmə əməliyyatıdır.
X.İslam bir neçə ilə əvvəl plastik əməliyyat etdirib, sonra yenidən çəki alıb. İfaçı ikinci dəfə ana olmaq istədiyi üçün müalicə aldığını, dərmanların onu kökəltdiyini bildirib.