“TikTok” fenomeni oldu

Ukraynalı qız cığınacaqdakı həyatı dünyaya göstərdi

   Sığınacaqdakı həyatını videoya çəkib “TikTok”da “Valerissh” adıyla paylaşan ukraynalı qız sosial mediada fenomenə çevrilib. "NTV.com"un məlumatına görə, gənc qız sığınacaq həyatını göz yaşları, ahu-zarla deyil, zarafatyana tərzdə, gülərək göstərir. Ukraynalı qız hesab edir ki, kədərli günlərdə də sevinməyə səbəb tapmaq olar. İnsanın ən ağır günlərdə də ümidini itirməməsi və gülümsəməyi bacarması lazımdır. Videolara dünyanın dörd bir yanından dəstək mesajları “yağır”. 

Ukraynanın Çerniqov şəhərinin sakini olan “Vaalerissh” ailəsiylə birlikdə günlərdir sığınacaqda yaşayır. Və burada keçən günlərini məzəli dillə anladır, partlayış sədaları altında baş verənləri videoya çəkir. Gənc qız sığınacağı 5 “ulduz”lu otelə “bənzədir”. Müharibədən öncəki həyatları ilə hazırkı həyatlarını müqayisə edir. 

Sığınacaqdakı dəmir vannanı, oteldəki “cakuzi” zənn edir. “Dopu”da yemək bişirilməsini Avropa mətbəxinə “bənzədir”. Yataq yerini göstərir. Böyük tabağın içindəki makaronları “əsl spagetti” kimi tərif edir.

 Gənc qız paylaşımlarının altında “bir gün tarix dərsində bu görüntülərin izlənəcəyini xəyalınıza gətirin”, yazıb. “Valerissh”in paylaşımları ingilis dilində olduğundan artıq 300 min izləyicisi var. İngilis dilindəki paylaşımlar sayəsində Ukraynadakı durumdan dünyanın müxtəlif ölkələrinin sosial media istifadəçiləri də xəbər alır. 

Gənc qız bugünədək bir neçə telekanala canlı bağlanaraq sığınacaqdakı durumlarını anladıb.