Müğənni Damla ( Məsumə Əliyeva ) 9 saatlıq plastik əməliyyata girib.
"Sherg.az" xəbər verir ki, ifaçının prodüsseri Şamil İbrahimov Damlanın əməliyyatdan sonrakı videosunu instaqram səhifəsində paylaşıb.
O, ifaçının səhhətinin yaxşı olduğunu söyləyib:
"Dostlar, Damla xanıma görə narahat olan hər kəsə təşəkkür edirəm. Artıq narkozdan ayılıb, hər şey qaydasındadır".