Xanımların gündəlik hazırlıq rutininin bir parçası olan makyaj, korlanmış məhsulların istifadəsi nəticəsində sizə xeyirdən çox zərər verə bilər. Kimyəvi tərkibli kosmetik məhsullar xarab olduqdan sonra istifadəyə davam etmək, həssas dəri və gözlər kimi bölgələrdə reaksiyalara səbəb olaraq ciddi nəticələr yaratması mümkündür. Kosmetik məhsulların xarab olub - olmadığını necə təyin edəcəyinizi bilmək istəyirsinizsə, "Sherg.az"ın məlumatlarını oxumağa davam edin.
Kremlər
Gecə, gündüz və ya göz altı kremləri... Kremlərin rənginin və konsistensiyasının dəyişməsindən istifadə müddətinin bitdiyini anlamaq mümkündür. Bir müddət istifadə etmədiyiniz kremin qapağını açsanız və üzərində yağ təbəqəsi görsəniz, deməli, artıq məhsul xarabdır.
Tonal kremlər
Tonal kremi ilk dəfə açdığınız zaman onun əsl rəngini, tutarlılığını və qoxusunu hiss etmək çox asandır. Ancaq havaya və istiliyə məruz qalan tonallar zamanla xarab ola bilər. Birincisi, siz faktura və rəng fərqini müşahidə edəcəksiniz. Sağlamlığınız üçün getdikcə tonu daha tünd olan tonal kremlərdən istifadə etməyi dayandırmağınız tövsiyə olunur.
Eyni zamanda dəridə arzuolunan effekti verməyən xarab tonal kremlər qaldıqları müddətdə qabarmağa başlayır. Dərimizə tətbiq etdiyimiz bu məhsulun kimyəvi olduğunu nəzərə alaraq, xarab olduqda allergik reaksiyalara səbəb ola biləcəyini vurğulamaq istərdik.
Dodaq boyası
Makiyajın vacib tamamlayıcısı və son toxunuşu olan dodaq boyaları bəzən tək çəkildikdə belə daha canlı göstərə bilər. Bununla belə, bütün digər kosmetik məhsullar kimi, dodaq boyalarının da istifadə müddəti var. Yumşaq və yağlı hala gələn dodaq boyaları artıq xarabdır. Bundan əlavə, dodaq boyalarının xarab olduğunu başa düşməyin asan yolu var, qoxusunda dəyişiklik olacaq. Fərqli qoxu daha o pomadadan istifadə etməməyiniz üçün ən böyük siqnaldır.
Kiprik üçün tuş
Makiyajın vazkeçilməzi olan tuş çox yaş və ya çox quru olduqda tətbiq etmək çox çətin ola bilər. İlk aldığınız zaman kifayət qədər maye və axıcı olan tuş hava ilə təmasda olduğu üçün zamanla xarab olur və qurumağa başlayır. Nəticədə tuşu sürmək çətinlik yaradacaq. Çəkdiyiniz tuşun kirpiklərinizdə yumru olduğunu görsəniz, istifadəni dayandırmağınız məsləhətdir. Xüsusilə xarab olan tuş, gözə yaxın yerləşdiyi üçün göz infeksiyası kimi arzuolunmaz hallara yol açır.
Dırnaq boyası
Xanımların istifadə etməyi sevdiyi rəngli dırnaq boyalarının yararsızlığını başa düşməyin ən asan yolu sürərkən yaşanılan çətinlikdir. Dırnaq lakı dırnağınıza sürərkən qalın təbəqə ilə çəkilirsə, çətinliklə quruyur və ya heç qurumursa, dırnaq lakınızın quru olduğunu başa düşə bilərsiniz. Dırnaq boyası şüşədən çıxardığınız zaman saqqız kimi böyüyürsə, maye quruluşunu itirmişsə, xarab olduğuna əmin ola bilərsiniz.
Mənbə:SABAH