Soğan şəkər xəstəliyini sağaldır


Alimlər siçanlar üzərində tədqiqat aparıblar

  ABŞ-da aparılan tədqiqat zamanı alimlər soğanın bilinməyən faydasını üzə çıxarıb. Məlum olub ki, soğan qanda şəkəri 50 faiz aşağı salmaq gücünə malikdir. Bu barədə “NTV.com.tr” məlumat verir. Xəbərdə qeyd olunur ki, tədqiqatçı alim Nigeriya Abraka Delta Əyalət Universitetinin tədqiqatçı yazarı Anthony Ojieh bu barədə məqalə yazıb. Tədqiqatçı yazır ki, soğan ən asan tapılan və ucuz tərəvəzdir. Lakin çoxları onun necə böyük faydaları olduğundan xəbərsizdir. Halbuki, soğan diabet – şəkər xəstəliyinin müalicəsində geniş potensiala malik tərəvəzdir. 

Yazar ABŞ-da aparılmış tədqiqata istinad edir. Bildirir ki, siçanlar üzərində aparılmış tədqiqat nəticəsində soğanın anbiotiklərlə birgə istifadə edildikdə qanda şəkərin faizini 50-yə qədər aşağı saldığı müəyyənləşib. Soğan şəkər və xolesterol səviyyəsini güclü bir şəkildə aşağı salır.  Əldə edilən klinik nəticələr “Endocrine Society” toplantısında təqdim edilib. 2-ci dərəcəli diabet xəstələrində orqanizm şəkərin səviyyəsini aşağı salmaq üçün yetərli insulin istehsal edə bilmir. Ona görə də şəkərin səviyyəsi getdikcə yüksəlir və bu da insultla nəticələnir.  Tədqiqat zamanı siçanlar diabetik, az diabetik və yüksək diabetik olmaqla 3 qrupa bölünüb və onlara fərqli miqdarda soğan əzməsi verilib. Tədqiqatın sonunda diabetli siçanlarda şəkərin səviyyəsinin 35-50 faiz endiyi müşahidə edilib. Alimlər hazırda soğanla antibiotik dərmanların birgə istifadəsinin şəkərli diabet xəstəsi insanlara necə təsir göstərəcəyi üzərində işləyir.