Ürək qulağa siqnal ötürür: Bunun səbəbi tinnitus ola bilər

Bu yaxınlarda amerikalı cərrah Antoni Youn "TikTok"da paylaşdığı videoda "əgər böyrü üstə uzanarkən hərdən ürəyinizin döyüntüsünü eşidirsinizsə, yuxu arteriyanız çox güman ki, yastığa söykənib", deməklə qızğın mübahisələrə yol açıb. Video sosial şəbəkələrdə yayıldıqdan sonra Younun 8,4 milyon izləyicisi ona suallar yağdırıb.  
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, A.Youn izahat verərək “Əgər siz yan üstə uzandığınız zaman və ya xüsusilə ayaq üstə durduğunuz zaman davamlı olaraq ürəyinizin döyüntüsünü eşidirsinizsə, bunun səbəbi tinnitus ola bilər”, deyib. Ədəbiyyatda "tinnitus" olaraq adlandırılan bu vəziyyətin ümumiyyətlə normal olduğu vurğulansa da, narahatedici səbəblərin ola biləcəyini bildirən həkim, vəziyyətin çox tez-tez baş verməsi halında mütəxəssisə müraciət edilməsi lazım olduğu barədə xəbərdarlıq edib. Güclü məşq zamanı və ya hamiləlik zamanı qan axınının artması səbəbindən tinnitus meydana gələ bilsə də, qalxanabənzər vəzi həddindən artıq aktiv olduqda, hipertiroidizm və ya tireotoksikoz kimi tanınan bir vəziyyət də özünü göstərə bilər. Öz ürək döyüntülərinizi eşitmək də aterosklerozun, damarların sərtləşməsinin əlaməti ola bilər. Bu, qan axınının hamar deyil, turbulent olmasına və nəticədə daha səs-küylü olmasına səbəb ola bilər. Qulaq pərdəsinin deşilməsi nəticəsində yaranan eşitmə itkisi də insanın bədəninin içindəki səslərdən daha çox xəbərdar olmasına səbəb ola bilər. Youn, ən çox narahat edən şeyin tinnitusun başınızda və ya boynunuzda bir şişin xəbərdaredici əlaməti ola biləcəyini vurğuladı. Bununla belə, o, pulsatil tinnitus (ürək döyüntüsü ilə sinxron qulaq cingildəməsi) ilə əlaqəli şişlərin əksəriyyətinin təhlükəli olmadığını bildirdi. Tinnitus, zəng, vızıltı və tıslama kimi xarici mənbədən qaynaqlanmayan səsləri eşitməyə verilən addır və İngiltərədə 7,6 milyon insanda müşahidə olunur. Qulaq-burun-boğaz mütəxəssisi, professor Ela Araz Server bunu bütün təfərrüatları ilə izah edib: "Heç bir xarici səs olmadan eşidilən bütün səsləri tinnitus olaraq təyin edirik. Yalnız özümüzün eşitdiyimiz bədən səsləri də tinnitus sayılır. Bu bədən səsləri arasında daha çox ürək döyüntüləri eşidirik. Bu səslərə "pulsatil tinnitus" deyilir. Digərlərindən fərqi tinnitusun səbəbi ürək döyüntüsüdür. Döyüntü ilə ritmik olaraq eşidilən nəbz səsi və ya uğultu səsidir və mənbəyi qulağımıza yaxın olan şah damarından keçən qanın yaratdığı səsdir". Bəs ürəyimizin döyüntüsünü ən çox nə vaxt eşidirik? E.Server qeyd edib ki, biz adətən böyrü üstə yatarkən, əyildikdə və ya qulaq kanalımızı bağladıqda ürək döyüntülərimizi eşidə bilirik və bu, anormal deyil. Ancaq stress, həyəcan, həddindən artıq kofein istehlakı, idman kimi qan axınının artdığı vəziyyətlərdə bunu daha sıx eşidə biləcəyimizi ifadə etdi. O vurğuladı ki, bəzən ürək-damar sisteminin bəzi xəstəlikləri, qan axınını artıran sistem xəstəlikləri, damar topakları və ya həmin nahiyədəki bəzi kütlələr kimi patalogiyalarda ürək səsini eşidə bilirik. Pulsatil tinnitus dediyimiz ürək döyüntüsünün eşitilməsinə ateroskleroz (ateroskleroz), arterial təzyiq, taxikardiya, venalarda problemlər, qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, damarların şişməsi və həmin nahiyədə görülən şiş toxumaları səbəb ola bilər.