Paşinyan Almaniya kansleri ilə görüşəcək

Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 9-da Berlinə səfər edəcək və Almaniya kansleri Fridrix Mertslə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill bildirib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq, regional məsələlər, həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq.