Həssas dəri tipinə sahib olanlar daha diqqətli olmalıdır. “Sherg.az” “CNN Türk”ə istinadən xəbər verir ki, qış aylarının yaxınlaşdığı dövrdə dəri cildinin nəmləndirilməsi əhəmiyyətlidir. Bu barədə tibbi estetika və kosmetologiya mütəxəssisi Əhməd Akın danışıb. O bildirib ki, qış dövründə dəri quruyacağı üçün daha çox nəm dəstəyi verilməlidir:
“Həmçinin tərkibində “keramid” və “hialuron” turşusu olan məhsullardan istifadə etmək lazımdır. Xüsusilə, yay aylarında günəş, hovuz və dəniz kimi faktorlar dərini “yıpradır”. Ona görə də yayda korlanan dəriyə mütləq bir qədər baxım lazımdır. Tərkibində spirt olan məhsullardan yararlanmaq cildin quruluğunu artıra bilər. Diqqətli olmaqda fayda var. Bundan əlavə, dodaqların qurumaması və çatlamaması üçün nəmləndirici kremlərdən yararlanmaq gərəklidir. Çünki hava şəraiti kimi dərinin ehtiyacları da dəyişir. Soyuq hava, kimyəvi maddələr, havanın çirklənməsi cildi kövrəkləşdirir. Ən çox rast gəlinən problemlər dərinin həddindən artıq quruması nəticəsində yaranan həssaslıq, qaşınma və paralel cild problemlərinin yaranmasıdır. Ona görə də dəri daim nəmləndirilməli və bol su içilməlidir”.