Arıqlamağa mane olan səhvlər!


Arıqlamaq üçün bədəninizə uyğun pəhriz proqramına əməl etməlisiniz. Lakin bəzən dieta saxlasanız da, arıqlaya bilmirsiniz. Belə olduğu halda yəqin ki, fərqinə varmadan etdiyiniz xətalar var. Artıq çəkidən xilas olmaq üçün yalnız pəhriz və idman kifayət deyil. Həyat tərzinizdə bəzi dəyişikliklərlə prosesi sürətləndirməlisiniz. İlk növbədə, sağlam şəkildə arıqlamaq üçün idman etməlisiniz. Ancaq unutmayaq ki, məşqdən sonra qəbul edilən kalori miqdarına fikir verməməklə çəki atmaq mümkün deyil. İdmanla məşğul olduğunuz düşüncəsi ilə daha çox qida qəbuluna ehtiyac hiss edə bilərsiniz. Ona görə də gündəlik idmandan sonra artıq kalorili qidalar qəbul edilməməlidir. Yalnız diqqəti cəmləməyə və pəhriz proqramına riayət etməyə çalışmaq lazımdır.

Bundan başqa, hər gün bol su içmək vacibdir. Su maddələr mübadiləsini sürətləndirir və yağların yandırılmasına yardımçı olur. Həmçinin hər gün 8-10 stəkan su içmək həzm sistemini tənzimləməyə kömək edir. Beləliklə, bədəndə yığılan ödem və toksinlər xaric edilir. Şişkinlik hissi yox olur. Həzm sistemini nizamlayan qidaları, xüsusilə də, liflə zəngin olan tərəvəz və meyvələri istehlak edərək, artıq çəkinizdən tez bir zamanda xilas ola bilərsiniz.

Tərkibində lif olan qidalar metabolizmin işləməsini təmin edir. Bağırsaqların həzm sistemini asanlaşdırır.
Lifli qidalara arpa, çovdar, yulaf və onlardan hazırlanan yeməkləri, brokoli, qarğıdalı, gül kələm, yerkökü kimi tərəvəzləri, alma və sitrus meyvələrini, həmçinin noxud, quru lobya kimi paxlalıları aid edə bilərik. Qeyd edək ki, pəhriz siyahısından protein tərkibli qidaları çıxarsanız, hədəf çəkiyə çata bilməzsiniz. İştahı azaltmaq, kifayət qədər qida qəbul etmək, əzələ kütləsini artırmaq və maddələr mübadiləsini sürətləndirmək üçün protein tərkibli qidalardan faydalanmalısınız. Arıqlamağa kömək üçün hər yeməyinizdə yüksək protein qidası olmasına diqqət yetirin. Protein tərkibli qidalara qırmızı ət, quş əti, paxlalılar, süd məhsulları, balqabaq toxumu, badam, balıq kimi məhsullar daxildir.

Mənbə: CNN Türk