Kardiologiya sahəsində dünyanın ən uğurlu həkimlərindən biri olan həkim Elizabet Klodas “CNBC” kanalının internet saytı üçün yazdığı məqalədə ürək üçün faydalı 5 qidanı sadalayıb.
Yulaf əzməsi-hər gün yarım stəkan bişmiş yulaf yemək xolesterolu 5-8 faiz azalda bilər.
Badam-elmi ədəbiyyatda badamın xolesterola təsirini qiymətləndirən ən azı on iki klinik tədqiqat var.
Çia toxumları- bol miqdarda omeqa-3 yağ turşularını təmin edir. Bu sağlam yağlardan gündə bir qram belə istehlakın artırılması ürək-damar problemləri riskinin 16 faiz azalması ilə əlaqələndirilib.
Brokoli-xolesterola qarşı çox əhəmiyyətli olan lif bu bitkinin tərkibində də boldur. İspanaq, kələm və brüssel kələmi də alternativ ola bilər.
Qarpız-tərkibində “pis” xolesterini məhv edən likopen var. Qarpızı sevməyənlər alma, üzüm, avokado və çiyələk də yeyə bilərlər. Bunlar xolesterolu azaldan pektinlə zəngin qidalardır.