Səhər yeməyində bəzi qidaları ac qarına yediyimiz zaman bədənimizdə mənfi təsirlər yaradır.
Portağal şirəsi- Portağal suyunu heç bir şey yemədən qəbul etsəniz, turşulu olduğu üçün mədənizə zərər verə bilər.
Pomidor- tərkibindəki yüksək turşuluq ac qarına istehlak nəticəsində mədə narahatlığına səbəb olur.
Banan- yüksək kaliumu olduğu üçün qan şəkəriniz qəfil arta bilər. Bu səbəbdən bananı acqarına istehlak etmək tövsiyə edilmir.
Ədviyyatlar- xüsusən də, acılı yeməklərdən ac qarına istifadə olunmalı deyil. Reflüks, qastrit, xora kimi xəstəliklərə səbəb olmaqla yanaşı, mədə pozğunluqlarına da gətirib, çıxarır.
Qəhvə- tərkibində kofein var. Bu da mədə sancıları ilə nəticələnir.
Meyvəli yoqurt- hazır qablaşdırmaların istehlakı qan şəkərinin yüksəlməsinə səbəb yaradır. Buna görə də acqarına yeyilməməsi tövsiyə edilir.
Mənbə: HaberTürk