"Aptekdə işləyən provizor, hətta müəyyən dərman preparatlarının hazırlanması prosesinə bələd olmalıdır”
“Bəzi dərman preparatlarının yaş həddinə görə, doza məsələləri diqqətdə saxlanılmalıdır”
"Apteklər dərman maddələrinin dövriyyəsi sisteminin tərkib hissəsidir".
Bu sözləri "Sherg.az"a açıqlamasında tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, adıçəkilən sahə üzrə mütəxəssislərin fəaliyyət göstərməsinə ehtiyac var:
"Aptekdə işləyən provizor, hətta müəyyən dərman preparatlarının hazırlanması prosesinə bələd olmalıdır. Bəzi dərman preparatlarının yaş həddinə görə, doza məsələləri diqqətdə saxlanılmalıdır.
Keçmiş sovetlər dönəmində belə apteklər mövcud idi. Orada müxtəlif dərman preparatları sifariş edilərək, hazırlanırdı.
Ona görə də apteklərdə provizor və əczaçılar çalışmalıdır. Təəssüf ki, artıq sözügedən qaydalar pozulur. Digər tərəfdən də dərman qıtlığı ölkədə hiss ediləcək dərəcədə problemlər yaradır.
Xüsusilə də, xəstəxanalarda həkimlərin müalicə işinin aparılmasına xeyli əngəl törədir. Bütün bu kimi həlli vacib məsələlər nəzərə alınmalı və qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir".
Qeyd edək ki, “Əczaçılar Qrupu” İctimai Birliyinin sədri Şövqi Bünyatov apteklərdəki problemlərdən danışıb. O bildirib ki, apteklərdə qeyri-ixtisas peşə sahibləri çalışırlar. Eyni zamanda bəzi dərman məhsulların idxalı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu vurğulayıb.