Yalnız yaşlı adamlar deyil, sürücülər, gənclər, hətta şagirdlərin də yaralı yeridir
“Boyun ağrısı yalnız pensiya çağındakı insanlara deyil, eyni zamanda hələ yetkinlik çağındakı ofis işçilərini, şagirdləri, ağır fiziki güc tələb edən işlərdə çalışan işçiləri, sürücüləri və digər bir çox peşə mənsubunu da təsiri altına almaqdadır. Yalnız mexaniki səbəblərə bağlı olan osteoxondroz və yırtıq kimi boyun onurğasının sistemik xəstəlikləri zamanla ortaya çıxmaqdadır”.
Bu sözləri “Şərq”ə açıqlamasında fizioterapevt-reabilitoloq Ramin Quliyev deyib. Həkimin sözlərinə görə, boyun ağrısından bəhs edən bir adam kürək sümüklərinin üst sərhədindəki sahədə olan oksipital bölgədən mənşə alan və sağ və sol çiyinlərə doğru yayılan bir ağrını ifadə etməkdədir:
“Boyun ağrısının səbəbləri sırasında boyun fəqərəsində dəyişikliyə yol açan bir çox səbəbdən bəhs edilə bilər. Yanlış bədən mövqeyi səbəbiylə onurğanın yüklənməsi, əzələlərin soyuması, narahat bir yataqda səhv mövqedə yatmaq, normal aralığın üzərindəki bədən çəkisi, kompüter başında və ya sükan arxasında gərgin mövqedə uzun müddət oturmaq, ani hərəkətlər, həddindən artıq fiziki məşq əsas səbəblərdir.
Bunların nəticəsində bəhs edilən sahələrdə əzələ spazmalarının inkişafi qan dövranı pozularaq zaman içində əzələlərdə yorğunluq və ciddi problemlər meydana gəlir. Xəstəlik irəlilədikcə, əzələlər heç bir zaman yığılmır və narahatlıq yatdığınız dövrü də içinə alacaq şəkildə yayılır. Bunların yanında, əzələ spazması, fəqərələr arasındakı disklərin funksiyasını pozacaq müəyyən əngəllər yaradır”.
Reabilitoloqun sözlərinə görə, boyun ağrısının dərmanla müalicəsi müvəqqəti xarakterli olur:
“Bir çox dərman və ağrıkəsici almaq müvəqqəti olaraq ağrı hissini azalda bilər və bədənin performans səviyyəsini normal səviyyəyə gətirə bilər. Ancaq zamanla ağrı özünü yenidən göstərəcək. Niyə?
Bunun səbəbi ənənəvi tibbin xəstəliyin təsiri üzərinə fokuslanması ilə bağlıdır. Halbuki öncə xəstəliyin səbəbini aradan qaldırmaq lazımdır. Bu yanaşma xüsusilə boyun fəqərəsinin osteoxondrozu və boyun yırtıqlarında etibarlıdır.
Osteoxondrozun, oynaq səthləri və ligament / bağlar üzərindəki mənfi təsiri əzələlərin zəifləməsi və həcm itirməsi (əzələ atrofiyasi) əlaqəlidir. fəqərə degenerasiyası onurğa boyunca hər yerdə meydana gələ bilər.
Nəticədə boyundakı ağrısından əlavə baş gicəllənməsi, yüksək qan təzyiqi, davamlı baş ağrısı və beyindəki qan dövranının pozulması halları ilə üzləşə bilərsiniz”.