Lobya güclü immunomodulyator sayılır


Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir

  Vücudumuzda müxtəlif infeksiyalara və zəhərli maddələrə qarşı mübarizə aparan bir immunitet sistemi var. Sağlam bir immunitet sistemi özümüzü yaxşı hiss etməyə, yaxşı görünməyə və enerjimizi daha yaxşı istifadə etməyə imkan verir. Mütəxəssislərin fikrincə, immunitet sistemini gücləndirən qidaları istehlak edərək sağlam bir bədənə sahib ola və  bir çox xəstəliklərdən qoruna bilərik. 

  Terapevt  Günel Məmmədovanın sözlərinə görə, qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. Həkimin sözlərinə görə,  immuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır: 

“Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. Adətən pasiyentlərimə daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirəm. Xüsusilə də lobya güclü immunomodulyator sayılır. Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək immun sistemini gücləndirir.

  Məsələn, antibakterial və virusa qarşı təsirli bir vasitə kimi tanınan sarımsaq çox güclü immunitet artırıcı hesab olunur. Güclü selenyum mənbəyi olan sarımsaq sağlam bir həyat üçün lazım olan kükürd də temin edir. Hər yeməkdə bir diş sarımsaq mədə və bağırsaqları gücləndirməyə kömək edir.
  Brokoli, brussel kələmi, kahı, beta karotinin yaxşı mənbəyidir və bədəni sərbəst radikalların zərərindən qoruyur. Onların tərkibində C vitamini və kalsium da var. Dietadan, əlavə xərçəngdən qoruyucu təsiri olan pomidor ilə brokoli bişirmək məsləhət görülür. Gül kələmi, indol, bioflavonaid və digər maddələrlə anti-kanserogen təsir göstərir.  Tədqiqatlar göstərir ki, kələmin müntəzəm istehlakı qadınlarda döş xərçəngi riskini xeyli azaldır. Brüssel kələmi gündəlik C vitamini ehtiyacının 100 faizini qarşılayır.
  İspanaq və digər yaşıl yarpaqlı tərəvəzlərin tərkibində betakaroten, A vitamini, C vitamini və kalsium anbarları var. Xüsusilə 35 yaşdan yuxarı olanların daha çox ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlər istehlak etmələri vacibdir. Çünki bu tərəvəzlərdə olan fol turşusu qocalıqda meydana gələ biləcək altsheymer riskini 50 faiz azaldır. C vitamini anbarı hesab olunan üzüm, kivi, quş üzümü və portağal da bol miqdarda istehlak edilməlidir. Portağal yeyərkən mümkün qədər incə soymağa çalışın. Alt hissədən ağ hissə (bioflavonoid quruluşu) ilə istehlak etdikdə daha çox C vitamini alacaqsınız. Göbələk bədənin immunitet sisteminin bir hissəsi olan ağ qan hüceyrələrinin istehsalını artıraraq bir çox  xəstəliklərə qarşı müqavimətini də artırır. Göbələklər protein dəyəri baxımından əti əvəz edə bilsə də, zəhərli növlərin çox olduğu üçün şampinyon göbələklərini seçmək daha yaxşıdır.
  Zəncəfil və zərdəçal isə bədənin infeksiyalarla mübarizəsinə kömək edir, toksinlərin kənarlaşmasını təmin edir”.