ABŞ-ın Kaliforniya Universitetində aparılan bir araşdırma, təbii qoxuların ətrinə məruz qalaraq yatmağın beyin sağlamlığı və idrak qabiliyyətləri üçün faydalı olduğunu kəşf edib.
“Sherg.az” xəbər verir ki, tədqiqat çərçivəsində 60-85 yaş arasında olan 43 nəfər üzərində eksperiment aparılıb.
Buna uyğun olaraq 20 nəfərin yatdığı mühitə qızılgül, portağal, evkalipt, lavanda, limon və nanə kimi təbii qoxular səpilib.
Daha sonra isə yaddaş və diqqət çatışmazlığı kimi bacarıqları ölçən testlərdə təbii qoxulara məruz qalanların yüzdə 226 daha müvəffəqiyyətli olduğu görülüb.
Qeyd edək ki, tədqiqat; aparan qrup, təbii qoxuların yaşlı insanların beyin sağlamlığı üçün xeyirli olduğu və bunun Alzheimerlə demensiyanın qarşısını almaqda təsirli ola biləcəyi qənaətinə gəldiklərini proqnozlaşdırıb.
Mənbə: Hürriyət qəzeti