3 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi Omicronun alt variantı XBB.1.5 üçün təşviş yaşayır. Belə ki, dünyada virusa yoluxma hallarının sayı artmaqda davam edərkən, Erisin 10 əsas simptomu bəlli olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, bir çox ölkədə, xüsusən də ABŞ və İngiltərədə yoluxmaların sayı yenidən artsa da, ekspertlər bu vəziyyətə görə yeni variantı məsul görürlər.
Bildirilir ki, təkcə NyuYorkda yoluxma halları 55 faiz artıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin yeni xəbərdarlığına görə, EG,5 və ya Eris, adlı yeni variant dominant ştamm olaraq ortaya çıxıb və ölkə miqyasında Covid-19 hadisələrinin təxminən 17% -nə səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, iyulun 6-dan avqustun 3-dək dünya üzrə 1 milyon yeni yoluxma və 3100 ölüm halı qeydə alınıb. Bu o deməkdir ki, pandemiyanın başlanğıcından bəri insan itkisi 7 milyona yaxınlaşıb.
Digər tərəfdən Eris Omicron-un alt variant olduğuna görə simptomlar digər variantlara bənzəyir.
Qeyd edək ki, Zoe Sağlamlıq Araşdırmasına görə, Eris variantının ən çox görülən 10 simptomu bunlardır:
Boğaz ağrısı, burun axması, tutulmuş burun, asqırmaq,bəlğəmsiz öskürək, baş ağrısı, bəlğəm ilə öskürək, boğuq səs, əzələ ağrıları, qoxu almada dəyişiklik.
Mənbə:Hürriyət qəzeti