DİQQƏT: Yoluxma sayında artım gözlənilir!

""Eris" omikronun alt növüdür və öz sələflərindən daha çox yoluxuculuğu ilə fərqlənir".

 Bunu "Sherg.az"a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

İnfeksionist həmçinin ölkəmizdə COVİD 19-un EG.5 variantına rast gəlinmədiyini vurğulayıb. T. Eyvazov deyib ki, hazırda ölkəmizdə də koronavirusa yoluxma sayında cüzi artımların olması təbii şəraitlə bağlıdır: 

" Yəni insanların məzuniyyətdən işə qayıtması, tədrisin başlanması, ən əsası isə havaların tədricən soyuması, insanların daha çox qapalı məkanlarda toplanması və yaxın təmasların artması ilə əlaqədardır. Payız-qışa doğru yoluxma sayında artımlar gözləniləndir. Əhalinin əksəriyyətinin xəstəliyin yüngül keçməsi ilə əlaqədar həkimə müraciət etməməsi nəticəsində statistik rəqəmlər real rəqəmlərdən
daha az olacaqdır. Ümunən düşünürəm ki, əhalinin pandemiya dövründə qazandığı təcrübə, özünü qoruma qaydalarına əməl etməsi, risk qrupuna daxil olan şəxslərin vaksinasiyasına yönəlmiş maarifləndirmə işləri baş verə biləcək yeni artımların öhdəsindən asanlıqla gələ biləcəyimizi proqnozlaşdırmağa əsas verir"