Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub.
Bu barədə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.
"Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.
Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub", - deyə əlavə edilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Tibb və fəlsəfə elimləri doktoru, həkim Şəmsiyyə Namazlı deyib ki, dərman vasitələrinin güzəştli şəkildə xəstələrə çatdırılması hər dövrdə olub:
"İstər Sovet dövründə, istərsə də müstəqillik əldə olunduqdan sonrakı vaxtda bu istiqamətdə addımlar atılıb. Şəkər, vərəm xəstərinə hər zaman dövlət tərəfindən diqqət göstərilib. Onlara ödənişsiz dərmanlar paylanır. Bu prosses bütün dünya ölkələrində belədir. Biz İcbari Tibbi sığortaya keçmişiksə, burda insanların xəstəliklərinə uyğun olaraq reseptlər təyin olunur. Təbii ki, bu güzəştlər bütün dərmanlara aid olunmur. Məsələn, biz qruplaşdırsaq, daxili orqan xəstəlikləri, nevroloji, digər eşitmə problemi ilə bağlı xəstəliklərin hər birində müxtəlif dərmanlar istifadə olunur və bu dərmanları həkimlər təminat verir. Xəstəliyin dərəcəsindən aslı olaraq dərmanların sayı da çoxalır. Çünki burada kompleks müalicədən söhbət gedir. Sığortanın hansı dərmanları qarşılayıb, qarşılamayacağı həkimin yazdığı təyinatdan və sığortanın hansı dərmanı ödəyəcəyindən aslıdır. Bu istiqamətdə addımın atılması təqdirəlayiqdir. Bu həm xəstəliklərin irəliləməsinin qarşısını alır, həm də aptek və xəstə arasında tarazlı mühiti təmin etmiş olur".