Aloe veranın sirri nədir?

Dəriyə qulluq, saç baxımı kimi kosmetik istifadəsi ilə yanaşı antioksidan təsiri ilə də son illərdə gündəmimizdə olan bu möcüzəvi bitkini nə dərəcədə tanıyırsınız? Gəlin onun faydalarını birlikdə kəşf edək!
"Sherg.az"a xəbər verir ki, tropik iqlim qurşağına yaxın bölgələrdə rast gəlinən, lakin son illərdə evlərdə və bağlarda da tez-tez yetişdirilən bu bitki quraq torpaqlarda yaşaya bildiyi üçün Afrikada geniş şəkildə görülür.
Aloe vera bitkisinin təxminən 6 min il əvvəl Qədim Misirdə dərman məqsədləri üçün istifadə edildiyinə dair sübutlar var. Bu gün isə kosmetika, tibb və qida sektorlarında emal edilmiş formada xammal kimi istifadə olunur.

Dəriyə qulluqda aloe vera:
Kosmetik məhsullarda tez-tez istifadə edilən və bir çox insanın ilk seçimi olan aloe vera məhsulları, bitkinin nəmləndirici xüsusiyyətinə görə güclü təsir göstərir. Bundan əlavə, iltihab əleyhinə və qıcıqlanmanı azaldan təsirlərinə görə günəş kremlərində, sızanaq əleyhinə məhsullarda, dəri ləkələrinə qarşı tövsiyə olunan məhsullarda və yaşlanma əleyhinə kosmetikalarda geniş istifadə olunur. 

Saç baxımında aloe vera;
Dərimiz kimi daimi qulluq və nəmləndirməyə ehtiyacı olan saçlarımız üçün də aloe vera məhsulları geniş istifadə olunur. Güclü nəmləndirici xüsusiyyətləri ilə saç baxım vasitələrində tez-tez üstünlük verilən aloe vera saç köklərindəki qıcıqlanmış dərinin müalicəsində təsirli olduğu kimi saçların daha parlaq görünməsinə və daha sürətli uzanmasına dəstək verir. Saçların köklərində kəpək əmələ gəlməsini azaltdığı müşahidə edilən bu möcüzə bitkisi son vaxtlar saç maskalarında geniş şəkildə seçilir.

Tibbdə aloe vera:
Dəri və saç baxımı kimi kosmetik məhsullarda geniş istifadə edilən aloe vera bitkisinin qədim zamanlardan müalicəvi məqsədlər üçün də istifadə edildiyi məlumdur. Tərkibindəki C, A və E vitaminləri, beta karoten, fol turşusu, kalsium və maqnezium sayəsində həkimlərin xüsusilə bağırsaq və mədə xəstəlikləri üçün tövsiyə etdiyi müalicələrə daxil olan aloe vera şəkər xəstəliyinə ürək sağlamlığı və xərçəng qarşı da risk azaldıcı olaraq istifadə edilir. Gündəlik həyatımızda ehtiyac duyduğumuz bir çox sahədə geniş istifadə edilən aloe vera bitkisinin birbaşa dəriyə, saça və ya müalicə üçün nəzərdə tutulan nahiyəyə tətbiqi arzuolunmaz nəticələrə səbəb ola biləcəyi halda, mütəxəssislərin tövsiyə etdiyi peşəkar məhsulların seçilməsi sizə məqsədyönlü təsir baxımından daha dəqiq nəticələr verəcəkdir.