Yapon alimlər hansı qan qrupunun “ən ağıllı” olduğunu müəyyən edib.
“Sherg.az” “Mulliyet.com.tr”yə istinadən xəbər verir ki, yapon alimlər qan qrupları ilə bağlı maraqlı tədqiqata imza atıb. Alimlər bəlli qan qruplarının o qrupa aid qanı daşıyan insana necə təsir etdiyini, hansı üstünlüklər verdiyini araşdırıb. Qan hüceyrələrində A və B tipli proteinlər mövcuddur. Qan qrupları da buna görə formalaşır. Qanında 2 tip protein olan insanlar AB qan qrupuna, 2 proteindən heç birinə sahib olmayanlarsa 0 qan qrupunun daşıyıcısıdır. Qan qrupları xəstəliklərə yoluxmada da çox önəmli əhəmiyyət daşıyır. İnsanın daşıdığı qanın hansı qrupa aid olması onun xəstəliklərə nə qədər tez və ya gec yoluxmasını da təmin edir. Qan qrupu insanın şəxsi keyfiyyətlərinin formalaşmasında da böyük rol oynayır. Yapon alimlər bildirir ki, hər qan qrupunun özünəməxsus özəllikləri vardır. Təbabət elmi insanların nə dərəcədə sağlam və xəstəliklərə qarşı müqavimətli olmasının qan qrupundan asılı olduğu fikrindədir. Qan qrupu 0 olan insanlar bir sıra xəstəliklərə qarşı daha müqavimətlidirlər. A, B və AB qan qruplarına sahib olanlar isə bəzi xəstəliklərə qarşı həssasdırlar və tez yoluxurlar. İnsanın öz qan qrupunu bilərək buna uyğun davranmasında fayda var. Yapon alimlərə görə, insanın fərdi xüsusiyyətləri orqanizmdə öd kisəsi, qan və bəlğəmlə daha çox bağlıdır. Yapon professor Tokeji Furukavaya görə hər qan qrupu fərdlərin xasiyyətinə təsir edir. Tədqiqatda A qan qrupuna malik insanların daha ağıllı olması müəyyən edilib. Bu qan qrupuna aid insanlarda yaradıcılıq, ağıl və birgəlik xüsusiyyətləri üstündür. A qan qrupu insanları daha aktivdirlər, inadcıldırlar və gərgin olurlar. Yaponiyada A qan qrupuna aid insanlar daha çoxdur. 0 qan qruplu insanlarda isə özünə inam, qərarlılıq, qətiyyət xüsusiyyətləri güclüdür. Bu insanlar ədalətli olur. Mənfi xüsusiyyətləri isə özünü sevmək və qərarlarını tez-tez dəyişməkdir. AB qan qrupu insanları səciyyələndirən ən üstün cəhət istənilən ortama tez uyğunlaşmaları, insanlarla tez dil tapmaları, ünsiyyətcil, mehriban olmalarıdır. Bu insanlar anadangəlmə üzüyoladırlar. Onlar həm də bir qədər unutqan olurlar. B qan qrupu insanlar da qərarlı və inadcıldırlar. Bu qan qrupunun insanları A qrupuna aid insanlarla yola getmir.